Xəzər Xəbər

Türkiyə kəşfiyyatı Suriyada uğurlu əməliyyat keçirdi

Dünya | 14:02 • 12 Sentyabr 2018
Türkiyə kəşfiyyatı Suriyada uğurlu əməliyyat keçirdi

Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.


Əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.


Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.


Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.


Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.

Xəbər lenti