Xəzər Xəbər

"Azərbaycan dəmir yollarının böyük potensialı var"

Dünya | 12:26 • 12 Sentyabr 2018
"Azərbaycan dəmir yollarının böyük potensialı var"

"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq yüklərin daşınması, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişlənməsində mühüm rol oynayır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Argus şirkətinin analitik qrupunun rəhbəri Yevgeni Kriştalyov Tbilisidə keçirilən "Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018" V beynəlxalq konfransında söyləyib.


Siyasi-iqtisadi şərhçi Abşeron limanının beynəlxalq daşımaların həcminin artırılmasında mühüm rol oynayacağına inandığını bildirib. O qeyd edib ki, bu liman, eləcə də Ələt qəsəbəsindəki Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.

Xəbər lenti