Xəzər Xəbər

Hindistanda partlayış: 6 nəfər həlak olub

Dünya | 11:50 • 12 Sentyabr 2018
Hindistanda partlayış: 6 nəfər həlak olub

Hindistanın şimalında yerləşən Bicnor şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində ən azı 6 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.


Yaralıların vəziyyəti ağırdır.


Polisin məlumatına əsasən, fövqəladə vəziyyətə qaz balonunda baş verən partlayış səbəb olub. Partlayışın ardından binada güclü yanğın başlayıb. Həlak olanların hamısı zavodun əməkdaşlarıdır.


Hazırda yanğınsöndürmə xidmətinin əməkdaşları yanğını nəzarət altına almağa çalışır.

Xəbər lenti