Xəzər Xəbər

ABŞ-ın üç ştatının əhalisinə ərzaq payı göndərilib

Dünya | 09:05 • 12 Sentyabr 2018
ABŞ-ın üç ştatının əhalisinə ərzaq payı göndərilib

"Florens” qasırğasının ABŞ sahillərinə yaxınlaşması ilə əlaqədar olaraq ölkənin Cənubi Karolina, Şimali Karolina və Virciniya ştatlarının əhalisi üçün 8 milyon ədəd ərzaq payı və butulkalarda içməli su göndərilib. Bu barədə ABŞ Fövqəladə Hallar Federal Agentliyi (FEMA) məlumat yayıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, FEMA-nın nümayəndəsi Ceff Berdin sözlərinə görə, üç ştatda müvafiq baza qurulub və lazım gəldiyi halda əhaliyə kömək etməyə hazırdır. Həmçinin insanlar üçün brezent çadır, ədyal, yığıb-açılan çarpayı, daşına bilən generator hazırlanıb.


"Florens” qasırğası sentyabrın 10-da Saffir-Simpson şkalasına görə, dördüncü kateqoriyaya çatıb. Qasırğanın mərkəzi Şimali Karolina sahillərindən 1260 kilometr cənub-şərqdədir. Küləyin maksimum sürəti saniyədə 58 metrə çatır və saniyədə 7,5 metr sürətlə şimal-qərbə irəliləyir. Qasırğanın əvvəlcə sentyabrın 13-də, sonra 14-dən tez olmayaraq ABŞ sahillərinə çatması barədə məlumat yayılıb. ABŞ-ın Virciniya, Şimali Karolina, Cənubi Karolina və Merilend ştatlarında, habelə Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xəbər lenti