Xəzər Xəbər

Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Dünya | 22:30 • 11 Sentyabr 2018
Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Əfqanıstanın Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub.

Əyalət qubernatorunun nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Onun sözlərinə görə, etirazçılar Mohmand Daranın yaxınlığında yerləşən Açin rayonunun polis qüvvələri komandirinin istefasını tələb edirdilər.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı isə partlayışla əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Nanqarhar əyalətində üç təhsil müəssisəsinin yaxınlığında partlayışlar seriyası barədə məlumat yayılıb. Əyalətin administrativ mərkəzi olan Cəlalabad şəhərində məktəb qarşısında baş verən partlayış nəticəsində bir uşaq həyatını itirib, 4 nəfər isə yaralanıb. (Axar)

Xəbər lenti