Xəzər Xəbər

“ABŞ bitərəfliyini itirdi” - Türkiyədən açıqlama

Dünya | 17:32 • 11 Sentyabr 2018
“ABŞ bitərəfliyini itirdi” - Türkiyədən açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Vaşinqtondakı Fələstin Qurtuluş Qruplaşması təmsilçiliyinin bağlanması ilə əlaqədar münasibət bildirib.

XəzərXəbər "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, o, bu qərarı ABŞ-ın Orta Şərq sülh prosesindəki bitərəfliyini itirməsi kimi dəyərləndirib.

H.Aksoy Türkiyənin Fələstinin yanında olduğu və problemin həll olunması üçün beynəlxalq tərəfdaşlığı dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, Vaşinqton Fələstin Qurtuluş Qruplaşması təmsilçiliyinin bağlanması haqqında ABŞ XİN sözçüsü Hezer Nauert məlumat vermişdi.

Xəbər lenti