Xəzər Xəbər

ABŞ Gürcüstanda insanlar üzərində təcrübə aparıb?

Dünya | 16:33 • 11 Sentyabr 2018
ABŞ Gürcüstanda insanlar üzərində təcrübə aparıb?

"Ola bilər ki, ABŞ Gürcüstan ərazisindəki laboratoriyada insanlar üzərində gizli təcrübələr aparıb".

Bu açıqlamanı Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Qiorqadze edib.

"Sənədlərin yalnız bir hissəsi və mənim dostlarımın Gürcüstandan təqdim etdiyi yüzlərlə, minlərlə sənədin ilkin tədqiqatı göstərir ki, Gürcüstandakı Luqar labaratoriyasında ABŞ hərbi tibbi qrupunun bioloqları və özəl podratçılar tərəfindən Gürcüstan vətəndaşları üzrəində gizli eksperimentlər aparıla bilərdi",-deyə sabiq nazir vurğulayıb.

İqor Qiorqadze həmçinin deyib ki, bu tip eksperimentlərin bir sırası həmyerliləri üçün ölümlə sona çatıb./FaktXəbər 

Xəbər lenti