Xəzər Xəbər

Türkiyə bütün gizli məlumatları əldə etdi

Dünya | 16:18 • 11 Sentyabr 2018
Türkiyə bütün gizli məlumatları əldə etdi

Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ F-35 təyyarələrinin satışına qadağa qoymaq istəsə də, ilk təyyarə Ankaraya təhvil verilib.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, türk pilotlar ABŞ-ın Luke hərbi hava bazasında F-35 təyyarəsində test uçuşu həyata keçiriblər.

"Yeni Şəfəq” qəzeti yazır ki, F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatlar türk pilotlarına verilib.

Məlumata görə, F-35 proqramı çərçivəsində 100 ədəd təyyarə almaq istəyən Türkiyə hələlik 35 ədəd təyyarə sifariş verib. İlk etap təyyarələrin ödənişləri də edilməyə başlanılıb. Artıq 10 təyyarə üçün 1 milyard dollar ödəndiyi deyilir.

Demək olar ki, Türkiyə ABŞ-ın onlara vermədiyi F-35 qırıcılarının bütün gizli məlumatlarını əldə ediblər.

Türk pilotların test uçuşu etdiyi təyyarənin bütün mülkiyyət hüquqları da Türkiyəyə verilib.

Xəbər lenti

Çox oxunanlar