Xəzər Xəbər

Əfqanıstanda partlayış: azı 19 ölü, 57 yaralı var

Dünya | 15:46 • 11 Sentyabr 2018
Əfqanıstanda partlayış: azı 19 ölü, 57 yaralı var

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində baş verən partlayış nəticəsində azı 19 nəfər həlak olub.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu bu gün səhər saatlarında əyalətin rayonlarından birində keçirilən etiraz aksiyası zamanı izdihamın arasında işə salıb. 1TV telekanalının hüquq mühafizə orqanlarındakı mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 15-dən çox insan həyatını itirib.


Hadisə zamanı, həmçinin 57 nəfərin yaralandığı bildirilir.

Xəbər lenti