Xəzər Xəbər

Sankt-Peterburq turist vergisi tətbiq etməyə hazırlaşır

Dünya | 15:31 • 11 Sentyabr 2018
Sankt-Peterburq turist vergisi tətbiq etməyə hazırlaşır

Sankt-Peterburq şəhərinin maliyyə komitəsinin sədri Aleksey Korabelnikovun sözlərinə görə, yeni yığım 2019-cu ildən reallaşdırıla bilər.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, komitə sədrinin fikrincə bu addımın atılması Rusiya Federasiyasının Vergi Məcəlləsində dəyişiklik olunmasını tələb edir. Hazırda isə Maliyyə Nazirliyi bu istiqamətdə Mədəniyyət Nazirliyi ilə iş aparır.


Nəzərdə tutulan yığımın detalları hələ müzakirə prosesində olsa da, komitə rəhbəri qeyd edib ki, burada yük biznesin deyil, turistlərin üzərinə düşməlidir: "Bütün hallarda yığımı qonaqlar ödəyəcək. Biz öz turizm infrastrukturumuzun əlavə yükünü demirik, söhbət şəhərimizin bizim infrastrukturumuzdan istifadə edən qonaqlarından gedir. Dünya təcrübəsinə uyğun olaraq, biz turistlərin öz töhfələrini vermələrini ədalətli hesab edirik”.

Xəbər lenti