Xəzər Xəbər

Qasırğa səbəbindən 1 milyon insan təxliyə edilir

Dünya | 14:38 • 11 Sentyabr 2018
Qasırğa səbəbindən 1 milyon insan təxliyə edilir

Cənubi Karolina ştatının qubernatoru "Florens” qasırğasının yaxınlaşması səbəbindən 1 milyon insanın təxliyə olunması barədə göstəriş verib.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, göstərişə əsasən, təxliyə zonasında yaşayan əhali sentyabrın 11-i günortaya qədər öz evlərini tərk etməli, məktəblərin və bütün dövlət müəssisələrinin fəaliyyəti dayandırılmalıdır.


Donald Tramp "Florens” qasırğası təhlükəsi ilə üzləşən ştatların əhalisinə dəstəyini bildirib. "Çox güman ki, Virciniya, Şimali və Cənubi Karolina ştatları birbaşa zərbəyə məruz qalacaq. Hazırlaşın, ehtiyatlı olun və özünüzü qoruyun”, - ABŞ Prezidenti Twitter səhifəsində belə yazıb.


Xatırladaq ki, qasırğa təhlükəsi səbəbindən sentyabrın 7-də Şimali Karolina, 8-də isə Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Hazırda 5 ballıq Saffir-Simpson cədvəli üzrə 4-cü bal verilən "Florens” qasırğası Şimali Karolina ştatından 1800 kilometr məsafədədir. Meteoroloqlar qasırğanın episentrində küləyin sürətinin saniyədə 67 metrə çatacağını bildiriblər.


Qeyd edək ki, Atlantik qasırğaları mövsümü iyun aylının 1-dən noyabrın 30-dək davam edir.

Xəbər lenti