Xəzər Xəbər

Paşinyan Moskvadan əliboş qayıdıb - ERMƏNİ MƏTBUATI

Dünya | 14:26 • 11 Sentyabr 2018
Paşinyan Moskvadan əliboş qayıdıb -

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və Paşinyan Yerevana əliboş qayıtmalı olub.


Bu barədə Ermənistanın nüfuzlu "Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.


Qeyd olunur ki, Moskvadakı görüşdə əsasən, Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik, ona sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb.


"Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Çünki Yerevandakı yeni hökumətin onlar üçün əlavə başağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi, şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana "investisiya” ayırmaq niyyətləri yoxdur”, – deyə "Joxovurd” yazıb.


Həmçinin vurğulanıb ki, Moskvadakı görüşdə "Üçlər dialoqu”nun keçmiş sahibi Ruben Vardanyan Paşinyanla olduqca sərt danışıb. Səbəb isə Vardanyanın Yerevandakı yeni hökumətdən narazı olmasıdır.


"Joxovurd”un məlumatına görə, Qəyyumlar Şurasında Rubenin də təmsil olunduğu "Strateji təşəbbüslər mərkəzi” Fondunun Ermənistandakı fəaliyyətinə son qouylub. Bununla da, Paşinyan hökuməti Vardanyanın "ayağını tapdalayıb”. Bu cür davam edərsə, Paşinyan Rusiyadakı erməni biznesmenlərin Yerevandan üz döndərməsinə səbəb olacaq. Bu isə gələcəyi qeyri-müəyyən olan Ermənistanın iqtisadi və strateji maraqlarına böyük zərbə vuracaq.(azvision.az)

Xəbər lenti