Suriya məsələsində Rusiya ilə Türkiyə arasında fərqliliklər ola bilər.
XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey
Ryabkov bəyan edib. Onun sözlərinə görə, mövqelərdə uzlaşma olmasa da,
tərəflər ortaq məxrəc axtaracaqlar.
"Türkiyə də Rusiya kimi
ciddi beynəlxalq prioritetləri və maraqları olan ölkədir. Mövqelərimiz
100 faiz üst-üstə düşməsə də, bu, normal bir haldır. Ortaq məxrəcə
gəlinməsi üçün siyasi və hərbi dilomatiyadan istifadə edirik”, - deyə
Rusiya XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 7 sentyabrda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya
böhranına həsr edilən üçtərəfli Tehran sammiti keçirilib. Sammit zamanı
İdlibə hücumla bağlı Ərdoğanla Putin arasında ciddi fikir ayrılığının
olduğu üzə çıxıb. Türkiyə prezidentinin atəşkəs
çağırışına məhəl qoymayan Putin, İdlibdə terrorçulara qarşı hərbi
əməliyyatların davam etdirilməsinin vacib olduğunu vurğulayıb.