Xəzər Xəbər

Qazaxıstanda məzənnə dəyişkənliyi təhlükə yaratmır - AÇIQLAMA

Dünya | 12:03 • 11 Sentyabr 2018
Qazaxıstanda məzənnə dəyişkənliyi təhlükə yaratmır -

Qazaxıstanda məzənnənin dəyişkənliyi maliyyə sabitliyi üçün təhlükə yaratmır.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akişev bildirib.


"Tenge fundamental olaraq qiymətləndirilməyib. Qazaxıstan Milli Bankı məzənnənin dəyişkənliyini tənzimləyir. Mövcud durum banklardakı vəziyyət və maliyyə sabitliyi üçün təhlükə yaratmır”, - deyə o əlavə edib.


İlin əvvəlindən valyuta bazarında tenge 13,8 faiz zəifləyib. Həmçinin ötən dövrdə Rusiya rublunun 22 faiz düşməsi ilə yanaşı, inkişaf etməkdə olan ölkələrin valyutalarının məzənnəsinin əhəmiyyətli dərəcədə zəifləməsi amili tengenin kursuna öz təsirini göstərir.


Hazırda Astananın valyutadəyişmə məntəqələrində dolların satış kursu 381,5 tenge təşkil edir. Bu, tarixi rekord həddən 10,2 faiz aşağıdır. Tarixi rekord isə 2016-cı il yanvarın 21-də (392 KZT/USD) qeydə alınıb.

Xəbər lenti