Xəzər Xəbər

İtaliyanın şimalında pnevmoniya xəstəliyi sürətlə yayılır

Dünya | 11:08 • 11 Sentyabr 2018
İtaliyanın şimalında pnevmoniya xəstəliyi sürətlə yayılır

İtaliya hakim dairələri ölkənin şimalında, xüsusilə "Brescia” şəhərinə yaxın əyalətlərdə bir həftə ərzində qeydə alınan 150 pnevmoniyaya yoluxma hadisəsindən sonra xəbərdarlıq ediblər.


AZƏRTAC İtaliyanın "thelocal.it” saytına istinadla xəbər verir ki, mütəxəssislər pnevmoniya xəstəliyinə səbəb olan virusun su kəmərindən yayılmasını olmasını ehtimal ediblər. Onların sudan analiz üçün götürdükləri nümunələrin nəticələri bir neçə gündən sonra məlum olacaq.


Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, ötən həftə dünyasını dəyişmiş 69 yaşlı qadının və 85 yaşlı kişinin ölümünə pnevmoniyanın səbəb olduğunu müəyyən etmək üçün tibbi ekspertiza aparılacaq.


Əyalətin tibbi xidmət dairələri yerli sakinləri bir sıra ehtiyat tədbirləri görməyə çağırıblar.


Lombardiya regionunun sanitar həkimi Culio Qalera söyləyib ki, Breşiyadan cənubda və şərqdə yerləşən bir neçə şəhərdə 121 pnevmoniyaya yoluxma halı qeydə alınıb.


Ailə həkimlərinin müayinəsi nəticəsində isə ən azı 30 nəfərin pnevmoniyaya yoluxması müəyyənləşdirilib.

Xəbər lenti