Xəzər Xəbər

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Dünya | 09:57 • 11 Sentyabr 2018
ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib. 


ABŞ liderinin qərarı yaxınlaşan "Flores" qasırğası ilə əlaqədardır.


Bildirilir ki, Cənubi Karolinada artıq əhalinin təxliyəsi başlayıb, 1 milyona yaxın sakinin təxliyəsi nəzərdə tutulur.


Qeyd edək ki, artıq dünən"Flores" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.


Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.


Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.

Xəbər lenti