Xəzər Xəbər

Rusiya Hollivud prodüserini Ermənistana ekstradisiya etdi

Dünya | 09:54 • 11 Sentyabr 2018
Rusiya Hollivud prodüserini Ermənistana ekstradisiya etdi

Fırıldaqçılıqda ittiham olunan Hollivud kinoprodüseri Rusiyadan Ermənistana ekstradisiya olunub.


Bu barədə "RİA Novosti” agentliyinə Ermənistan polisinin mətbuat xidmətindən məlumat veriblər.


Bildirilir ki, ABŞ vətəndaşı, 1959-cu il təvəllüdlü Stepan Martirosyan 2017-ci ildən Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.


2017-ci ilin oktyabr ayından Moskvada istintaq təcridxanasında saxlanılan Martirosyan 2011-2013-cü illərdə filmlərin alınmasına ayrılan 50 milyon dollar vəsaitin mənimsənilməsində ittiham olunur.


Prodüser bildirib ki, 2001-ci ildən biznesmen, "Armbiznesbank”ın İdarə Heyətinin sədri Vitali Qriqoryantsa məxsus şirkətdə investisiya, daşınmaz əmlak və kinobiznes üzrə baş menecer işləyib.


Martirosyan barəsində cinayət işinin Ermənistanda açılması "Armbiznesbank”ın baş ofisinin Ermənistan paytaxtında yerləşməsi ilə izah olunur.


Martirosyan və vəkili iddia edirdilər ki, cinayət işinin açılmasının əsl səbəbi prodüserin Hollivud ulduzlarının iştirakı ilə Vladimir Putin haqqında pozitiv filmi çəkə bilməməsidir.

Xəbər lenti