Xəzər Xəbər

Nazir: İran “Total”ın “Cənub Pars” layihəsinə xərclədiyi vəsaiti geri qaytarmayacaq

Dünya | 17:38 • 10 Sentyabr 2018
Nazir: İran “Total”ın “Cənub Pars” layihəsinə xərclədiyi vəsaiti geri qaytarmayacaq

İran Fransanın "Total” neft-qaz şirkətinin "Cənub Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinə xərclədiyi vəsaiti geri qaytarmayacaq.


AZƏRTAC "Shana” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın neft naziri Bijen Namidar Zəncənə məlumat verib.


B.Zəncənənin sözlərinə görə, layihə tamamlanmayanadək "Total”ın xərclədiyi məbləğ geri qaytarılmayacaq.


Nazir "Total”ın İran ərazisində layihə avadanlıqlarının qalmadığını da təsdiqləyib.


Qeyd edək ki, avqustda "Total” ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə bu ölkəni tərk edib.


Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) İranın "Cənubi Pars” təbii qaz yatağının 11-ci fazasının inkişafı layihəsində "Total” neft-qaz şirkətinin yerini tutacaq. Beləliklə, layihədə 30 faizlik səhmdar olan CNPC "Total”ın bu layihədəki 50 faizlik səhmlərini də alaraq payını 80 faizə çatdıracaq. Bununla da CNPC 5 milyard dollarlıq layihənin ən böyük səhmdarı olacaq.

Xəbər lenti