Orduya döyüş ƏMRİ VERİLDİ:
50 min əsgər bu əraziyə yeridildi
Dünya
|
17:48 • 10 Sentyabr 2018
Türkiyə Azad Suriya Ordusuna (ASO) hazır olun göstərişi
verib.
Türkiyə ordusu da "Fərat
qalxanı”, "Zeytun budağı” əməliyyatları ilə təmizlədiyi bölgələrdə
və İdlibdə hazır vəziyyətə gətirilib.
Bölgədə 30 min türk əsgəri və 50 min ASO döyüşçüsü hücum əmrini
gözləyir.
"Yeni Şəfəq” qəzeti yazır ki, son 15 gündə türk ordusu Suriya
sərhədində zirehli texnika və tank sayını iki qat artırıb.
Bütün bu hazırlığın səbəbi Rusiya və Əsəd rejiminin İdlibi
bombalamasıdır.
ASO-ya verilən təlimatda döyüşçülərin və silah-sursatın sayı
haqqında məlumat verilməsi və hazır olması qeyd olunub. Türkiyənin
Suriyada terrorçulardan təmizlədiyi bölgələrdə yaratdığı "Milli
ordu” adı altında birləşən 30 min ASO döyüşçüsünün 10 mini bölgədə
saxlanılacaq, 20 mini isə İdlibə göndəriləcək. İdlibdəki bütün
qruplarından yaradılmış "Vətən cəbhəsi” ordusunda isə 30 min
döyüşçü var. Beləliklə, 50 min döyüşçü İdlibdə döyüşə hazır
vəziyyətə gətiriləcək.
Təhlükəsizlik üzrə mütəxəssis Coşkun Başbuğ bildirib ki, türk
ordusunun sərhədə toplanması sadəcə müdafiə xarakteri daşımır:
"Hücum hər an başlaya bilər. İdlib üzərində baş verənlər Afrin və
"Fərat qalxanı” bölgəsinə qarşı çirkin planları özündə birləşdirir.
Türk ordusu bütün seçimləri masaya qoyub. Ərdoğanın "sadəcə
baxmaqla kifayətlənməyəcəyik” sözləri də bundan xəbər verir”./publika.az