Xəzər Xəbər

İspaniyanın Baş naziri 100 günlük fəaliyyətinin yekununu belə dəyərləndirdi

Dünya | 16:11 • 10 Sentyabr 2018
İspaniyanın Baş naziri  100 günlük fəaliyyətinin yekununu belə dəyərləndirdi

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin ilk 100 günlük fəaliyyətinin yekununu iki sözlə - "sosial ədalət” ifadəsi ilə dəyərləndirib.


Hökumətin başçısı 2030-cu ilədək İspaniyada qlobal islahatların təməlini qoyub. O, həmin vaxtadək ölkənin əsas inkişaf istiqamətlərini açıqlayıb. Bu sıraya təhsil, iş, səhiyyə, ətraf mühit və pensiya sistemi daxildir.


Bundan başqa, hökumət qarşıdan gələn ən yaxın aylarda iqtisadi yüksəlişin dayanıqlığına, çoxsaylı yeni iş yerlərinin açılacağına əminliyini ifadə edib. (AZƏRTAC)

Xəbər lenti