Xəzər Xəbər

Əfqanıstanda keçid məntəqəsində polislərə hücum: 30-a yaxın ölən var

Dünya | 16:08 • 10 Sentyabr 2018
Əfqanıstanda keçid məntəqəsində polislərə hücum:

Əfqanıstanın şimalında «Taliban» silahlı qruplaşmasının nəzarət keçid məntəqəsinə hücumu nəticəsində azı 14 əfqan polis həlak olub. Bu barədə 1TV xəbər verib.

Telekanal bildirir ki, hücum bazar ertəsinə keçən gecə Samanqan əyalətində baş verib.

Bundan başqa daha 6 polis yaralanıb.

Rəsmi məlumatlara görə, qarşıdurma nəticəsində 3 hücumçu məhv edilib, daha 4 silahlı yaralanıb.

Taliblər polislərə məxsus silahları götürərək aradan çıxıblar.

Bazar ertəsinə keçən gecə taliblər həmçininGunduz əyalətində nəzarət keçid məntənəsinə hücum ediblər. Nəticədə Əfqanıstan təhlükəsizlik Qüvvələrinin 15 əməkdaşı həlak olub, daha 18 nəfəri isə yaralanıb. /faktxəbər

Xəbər lenti