Xəzər Xəbər

Almaniya Suriyaya hücuma hazırlaşır

Dünya | 15:47 • 10 Sentyabr 2018
Almaniya Suriyaya hücuma hazırlaşır
Əgər Suriya hökuməti İdlibdə kimyəvi silah tətbiq edərsə, Almaniya Suriyaya havadan zərbələr endirə bilər.


Bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Seybert keçirdiyi mətbuat knfransında bəyan edib. Onun sözlərinə görə, Suriyaya mümkün hərbi müdaxilə məsələsi üzrə Berlin öz müttəfiqləri ilə danışıqlar aparır.


"Biz ABŞ və Avropadakı tərəfdaşlarımızla bununla əlaqədar danışıqlar aparırıq. Lakin indiyədək qərar verilməli bir vəziyyət olmayıb”, – deyə Seybert vurğulayıb. Onu da əlavə edib ki, bu məsələdə Almaniya parlamentarilərinin qərarı da istənilən halda nəzərə alınacaq.

"Bild” qəzeti yazır ki, Almaniyanın mühafizəkar müdafiə naziri Bəşər Əsəd yenidən kimyəvi silahdan istifadə edərsə, Suriyaya qarşı hərbi əməliyyatlarda Berlinin ABŞ, Böyük Britaniya və Fransaya qoşulmasının mümkün variantlarını araşdırır.

Qeyd edək ki, Qərb koalisiyası bundan əvvəl Bəşər Əsəd qüvvələrinə hava zərbələri endirərkən Almaniya ABŞ, Britaniya və Fransayanın birgə əməliyyatına qoşulmamışdı./Azvision.az

Xəbər lenti