Xəzər Xəbər

Misirin təhlükəsizlik qüvvələri 11 terrorçunu məhv edib

Dünya | 15:05 • 10 Sentyabr 2018
Misirin təhlükəsizlik qüvvələri 11 terrorçunu məhv edib

Misirin təhlükəsizlik qüvvələri antiterror əməliyyatları çərçivəsində Sinay yarımadasının şimalında, Əl-Əriş şəhərində baş verən atışmada 11 terrorçunu məhv edib.


Təhlükəsizlik qüvvələrindəki mənbənin məlumatına görə, terrorçu qrup Əl-Əriş şəhərinin Cəsr əl-Vadi rayonunda nəzarətsiz yanacaqdoldurma stansiyasında gizlənibmiş. Terrorçuların yeri barədə operativ məlumat alaraq oraya gedən təhlükəsizlik qüvvələri döyüşçülər tərəfindən atəşə tutulub. Cavab atəşi nəticəsində 11 terrorçu, o cümlədən terror qruplaşmasının iki xüsusi təhlükəli lideri məhv edilib. Hadisə yerində avtomat silahlar, xeyli sayda döyüş sursatları və 2 ədəd əldəqayırma bomba aşkarlanıb. (AZƏRTAC)

Xəbər lenti