Xəzər Xəbər

Tramp KXDR-in 70 illiyi münasibətilə keçirilən paraddan razı qalıb

Dünya | 14:36 • 10 Sentyabr 2018
Tramp KXDR-in 70 illiyi münasibətilə keçirilən paraddan razı qalıb

ABŞ prezidenti Donald Tramp KXDR-in 70 illiyi münasibətilə keçirilən paradda ballistik raketlərin nümayiş olunmamasına görə bu ölkənin lideri Kim Çen Ina təşəkkür edib.


Xezerxeber.az  bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.


"Bu, Şimali Koreya tərəfindən böyük və müsbət mesajdır. Sədr Kim Çen Ina təşəkkür edirəm. Biz sübut edəcəyik ki, ətrafdakıların hamısı yanılıb! Bir-birinə xoş gələn iki insanın yaxşı dialoqundan gözəl heç nə yoxdur. Bu, mənə qədər olan vəziyyətdən xeyli yaxşıdır”, - Tramp özünün "Twitter” səhifəsində belə yazıb.


Qeyd edək ki, KXDR-in 70 illiyi münasibətilə sentyabrın 9-da keçirilən paradda 10 min hərbçi iştirak edib. Bu, Donald Tramp və Kim Çen Inın Sinqapurda baş tutan görüşündən sonra ilk belə tədbir idi. Paradda uzun illərdən bəri ilk dəfə qitələrarası ballistik raketlərin son modelləri nümayiş olunmayıb. Həmçinin tədbirdə çox sayda mülki peşə sahiblərinin iştirakı və parlament sədri Kim Hen Namın ölkənin hərbi hədəflərindən deyil, iqtisadi məsələlərdən danışması diqqəti cəlb edib.

Xəbər lenti