"ABŞ dostu və müttəfiqi olan İsraillə hər zaman yan-yana duracaq. Fələstinlilər İsrail ilə birbaşa danışıqlara başlamağı rədd etdikləri müddətcə Tramp rəhbərliyi Fələstin Qurtuluş Təşkilatının ABŞ-dakı ofisini açıq saxlanmayacaq".
Bu barədə Amerikanın
"Wall Street Journal"-ı yazıb. ABŞ rəhbərliyinin Vaşinqtondakı
Fələstin Qurtuluş Təşkilatının ofisini bağlamaq və Birləşmiş
Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına edilən
maliyyə yardımlarının tamamilə dayandırılacağına dair qərarın bu
gün açıqlanacağı bildirilib.
Qəzetin yazdığına görə, Ağ Ev rəsmilərinə istinadən gedən xəbərdə
sözügedən açıqlamanı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con
Boltonun edəcəyi qeyd olunub.
Mətndə verilən kiçik çıxarılışda bunlar qeyd edilib:
"ABŞ, dost və müttəfiqimiz İsrail ilə hər zaman yan-yana durur. Fələstinlilər İsraillə birbaşa və həll yoluna yönələn danışıqlara başlamağı rədd edəcəkləri müddətcə, Tramp rəhbərliyi bu ofisi açıq saxlanmayacaq".
Digər tərəfdən, eyni açıqlamada Boltonun ABŞ və İsrailə qarşı istintaq başlaması halında Beynəlxalq Cəza Məhkəməsinə qarşı sanksiya qərarının əldə ediləcəyi də qeyd edilib. Məsələ ilə bağlı Ağ Evin də məlumatlı olduğu açıqlamanın ABŞ-ın Yaxın Şərq Sülh prosesinə necə təsir edəcəyi maraq doğurur.
Xatırladaq ki, ABŞ rəhbərliyi son olaraq Birləşmiş Millətlər
Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) verdiyi
maliyyə yardımları tamamilə dayandırmaq qərarı almışdı. ABŞ
Prezidenti Donald Tramp, əvvəlki həftə verdiyi bir açıqlamada,
Fələstin rəhbərliyi ABŞ-ın vasitəçiliyində İsraillə keçirilməsi
nəzərdə tutulan sülh danışıqlarına qatılmağı qəbul edənə qədər
Fələstinə maliyyə yardımı etməyəcəklərini də bildirmişdi.
Əsas məsələ isə Tramp rəhbərliyinin "Əsrin Müqaviləsi" adlandırdığı
və İsrail-Fələstin münasibətlərinin həllinə hədəflənən bir plan
üzərində işlədiyini açıqlamasına cavab olaraq Fələstin Dövlət
Başçısı Mahmud Abbas isə bu planı "Əsrin şilləsi" kimi
səciyyələndirib Amerikalı rəsmilərlə görüşməyi rədd etməsidir./publika.az