Xəzər Xəbər

Sarkisyanın qardaşı oğlu 50 milyona zaminə buraxıldı

Dünya | 13:59 • 10 Sentyabr 2018
Sarkisyanın qardaşı oğlu 50 milyona zaminə buraxıldı
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandrın oğlu Ayk Sarkisyan 50 milyon dram (təqribən 102 min 612 ABŞ dolları) müqabilində həbsdən azad edilərək zaminə buraxılıb.


İrəvanın ümumi yurisdiksiya məhkəməsində Ayk Sarkisyanın şikayəti təmin olunub və ona qarşı həbs-qətimkan tədbirinin zaminə buraxılma ilə dəyişdirilməsi barədə qərar qəbul olunub.


Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı məqsədyönlü şəkildə insan həyatına qəsdə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin Ayk Sarkisyan barədə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarı ilə o, Ermənistanı tərk etmək istəyərkən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlanılmışdı. Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir./azvision.az

Xəbər lenti

Çox oxunanlar