Xəzər Xəbər

Kamikadze özünü neft şirkətində partlatdı

Dünya | 13:12 • 10 Sentyabr 2018
Kamikadze özünü neft şirkətində partlatdı
Paytaxtı Tripolidə yerləşən Liviyanın Milli Neft Korporasiyasının ofisinə silahlı hücum edilib.


Bu barədə "Al-Arabia” telekanalı "Tvitter" səhifəsində məlumat yayıb. Qeyd olunur ki, ofisə daxil olan terrorçu-kamikadze özünü partladıb.


"Asharq Al-Awsat” qəzeti isə bildirib ki, Liviyanın Milli Neft Korporasiyasının binasına 3 maskalı şəxs silahlı hücum edib.

"Reuters”in məlumatına görə, neft şirkətinin binasında 5 partlayış səsi eşidilib. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım maşınları cəlb olunub. Binanın içərisində ölənlərin olduğu və 6 nəfərin yaralandığı bildirilir. Ölənlərin dəqiq sayı bilinmir. Terrorçular isə hələ də binadadırlar.

Qeyd edək ki, Liviyanın paytaxtı Tripoli son zamanlar müxtəlif silahlı qruplaşmalar arasında qarşıdurma meydanına çevrilib. /azvision.az

Xəbər lenti