Xəzər Xəbər

“Taliban” Əfqanıstanın Ham Aab rayonuna nəzarəti ələ keçirib

Dünya | 11:53 • 10 Sentyabr 2018
“Taliban” Əfqanıstanın Ham Aab rayonuna nəzarəti ələ keçirib

"Taliban” hərəkatının silahlıları şiddətli döyüşlərdən sonra Əfqanıstanın şimalinda yerləşən Cauzcan əyalətinin Ham Aab rayonunu ələ keçiriblər.


Xezerxeber.az xəbər verir ki, yerli məmurlar faktı təsdiqləyib.


Sentyabrın 10-na keçən gecə taliblər ölkənin şimal-şərqində yerləşən Qunduz əyalətindəki nəzarət-buraxılış məntəqələrinə də hücum ediblər. Hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin azı 15 əməkdaşı həlak olub, 18 nəfər isə yaralanıb.


2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son vaxtlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Xəbər lenti