Xəzər Xəbər

Sosial şəbəkələrdəki pozuntulara xüsusi məhkəmələr baxacaq

Dünya | 11:41 • 10 Sentyabr 2018
Sosial şəbəkələrdəki pozuntulara xüsusi məhkəmələr baxacaq

Rusiyada sosial şəbəkələrə görə xüsusi məhkəmələr yaradıla bilər.


Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Peskov həmçinin Rusiya prezidentinin rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsidir.

Onun sözlərinə görə onlayn sahədə fəaliyyətlər cəmiyyət üçün təhlükə kəsb edir. Bu yolla insanların şüuru ilə manipulyasiya etmək olar.

Peskov hazır ki, sistemin yerinə "həssas köklənmiş qiymətləndirmə mexanizminə” ehtiyac duyulduğunu qeyd edib.

"Mənə elə gəlir ki, bu gün proseslərin gedişi heç də effektiv deyil. Rəqəmsal hüquq inkişaf etdikcə ixtisaslaşmış qurumların yaranacağını ehtimal edirəm” – o, bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Aleksey Volin layk və paylaşmalara görə cinayət məsuliyyətinə qarşı çıxıb.  (Modern.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti