Xəzər Xəbər

Zəlzələ nəticəsində ölənlərin sayı 42-yə çatıb

Dünya | 09:31 • 10 Sentyabr 2018
Zəlzələ nəticəsində ölənlərin sayı 42-yə çatıb

Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 42-yə çatıb.


Bu barədə fəlakət rayonuna səfər edən Yaponiyanın Baş naziri Şinzo Abe deyib.


"Hazırda 42 nəfərin həlak olduğu məlumdur. Biz təhlükəsizliyi təsdiq olunmayanların tezliklə aşkar edilməsi və xilası üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik”, - deyə Baş nazir NHK telekanalı ilə translyasiya edilən çıxışı zamanı bildirib.


Hazırda təbii fəlakətin baş verdiyi ərazidə özünümüdafiə qüvvələri, polis və yanğınsöndürmə xidmətinin heyəti axtarış-xilasetmə işlərini davam etdirir.


Baş nazir bildirib ki, hökumət fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işləri üçün 540 milyon yen (təqribən 4,86 milyon dollar) ayırmağı planlaşdırır.


Yerli kütləvi-informasiya vasitələri adada ictimai nəqliyyatın fəaliyyətinin bərpa edildiyini, yaşayış məntəqələrinin elektrik enerjisi ilə tam şəkildə təmin olunduğunu da bildirir. (AZƏRTAC)

Xəbər lenti