Xəzər Xəbər

Yaponiyada donuz taunu aşkar edilib

Dünya | 09:22 • 10 Sentyabr 2018
Yaponiyada donuz taunu aşkar edilib

Yaponiyanın Qifu prefekturasında 26 ildən sonra donuz taununun virusu aşkar edilib.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu hal rəsmi təsdiqini tapdıqdan sonra ölkənin mərkəzi hissəsində həmin ev heyvanlarının məhvinə başlanılıb.


Prefekturanın rəsmi şəxslərinin bildirdiyinə görə, ötən həftənin birinci günündən altıncı gününədək Qifu şəhərindəki donuz fermasında 80 donuz cəsədi aşkar edilib.


Yaponiya hökuməti tərəfindən aparılan analizlər həmin cəsədlərdə donuz taunu virusunun olduğunu təsdiq edib. Xəstəliyin həm də donuz vəbası adı ilə tanındığı qeyd edilir.


Sentyabrın 9-da səhər saatlarından rəsmi şəxslər həmin fermadakı donuzları məhv etməyə başlayıblar və bu işin sentyabrın 10-da yekunlaşacağı bildirilib.

Xəbər lenti