Xəzər Xəbər

ABŞ təyyarələri fosforlu bombalarla Suriyaya zərbələr endirib

Dünya | 09:21 • 10 Sentyabr 2018
ABŞ təyyarələri fosforlu bombalarla Suriyaya zərbələr endirib

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "F-15” qırıcı təyyarələri ötən gün fosforlu bombalarla Suriyanın Deyr-əz-Zor əyalətinə zərbələr endirib.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-leytenant Vladimir Savçenko bildirib. Qeyd edib ki, zərbələr Hacin yaşayış məntəqəsinə endirilib və nəticədə güclü yanğın baş verib.


Ölən və yaralananlar barədə məlumat yoxdur.


Xatırladaq ki, bu silahların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilib.

Xəbər lenti