Xəzər Xəbər

“Güclü olmasaq, bizi məhv edəcəklər” Ruhani orduya xəbərdarlıq etdi

Dünya | 14:53 • 21 Avqust 2018
“Güclü olmasaq, bizi məhv edəcəklər”

İran prezidenti Həsən Ruhani xarici düşmənlə mübarizə üçün orduya çağırış edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani ordunu xarici dövlətlər tərəfindən məhv edilmək təhlükəsi barədə xəbərdar edib.

"Biz ərazimizə və resurslarımıza iddia edən hərbi dövlətlərlə savaşmağa hazır olmalıyıq. Əgər biz güclü olmasaq bizi məhv edəcəklər” – İran prezidenti ölkənin müdafiə sənayesi gününə aid mərasimdə söyləyib.

İran lideri bununla xarici düşmən tərəfindən məhv edilməmək üçün güclü müdafiə potensialına sahib olmağın vacibliyini vurğulayıb.

Ruhani həmçinin ölkəsinin heç bir zaman digər ölkələrə qarşı aqressiya göstərmədiyini də qeyd edib.

Lakin prezident eyni zamanda güclü müdafiə potensialının olduğunu da söyləyib.

"Amerika niyə bizə hücum etmir? Vaşinqtona bizim nə dərəcədə güclü olduğumuz və bunun onlara baha başa gələcəyi bəllidir. ABŞ Konqresinin üzvləri, İslam Respublikasının güc və potensialı haqqında bildikləri üçün İranla müharibəyə başlamaq mümkün olmadığı qərarına gəliblər” – İran prezidenti sonda vurğulayıb.

Qeyd edək ki, bu ilin mayın 8-də ABŞ-ın İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxmasından sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Beləliklə, hər iki ölkə rəhbərləri dəfələrlə bir-birinə qarşı ittihamlar səsləndirib və müharibə barədə danışıblar.

Xəbər lenti