Xəzər Xəbər

İraqda ABŞ helikopteri qəzaya düşdü: Ölən və yaralılar var

Dünya | 16:05 • 20 Avqust 2018
İraqda ABŞ helikopteri qəzaya düşdü: Ölən və yaralılar var
ABŞ-a məxsus hərbi helikopter İraqda qəzaya uğrayıb.


İraqın "Əs-Sümariyə” telekanalı xəbər verir ki, qəza nəticəsində bir amerikalı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.


"Newsweek”in məlumatına görə, helikopter kiçik miqyaslı anti-terror reydi apardıqdan sonra bazaya qayıdarkən qəzaya düşüb. Helikopterin düşmən atəşi nəticəsində vurulduğuna dair ilkin əlamətlərin olmadığı bildirilir. Qeyd olunur ki, yaralı hərbçilərdən 3-ü ciddi xəsarət aldığından müalicə üçün digər əraziyə göndərilib.

Hazırda insidentlə bağlı istintaq aparılır. /azvision.az

Xəbər lenti