Belarus prezidenti
Aleksandr Lukaşenko hökumətdə ciddi kadr islahatları apararaq, Nazirlər
Kabinetinin yeni başçısı və üzvlərini təyin edib. Lukaşenko müvafiq fərman
imzalayaraq Sergey Ruması Belarusun yeni baş naziri təyin edib. Rumas bu
postda 2014-cü ildən çalışan Andrey Kobyakovu əvəz edəcək. Bundan əvvəl
Sergey Rumas Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.
Lukaşenko həmçinin, Nazirlər Kabinetində
digər kadr islahatları da aparıb. Onun fərmanı ilə Pavel Utyupin sənaye
naziri, Dmitri Krutoy iqtisadiyyat naziri, Dmitri Mukulyonok memarlıq
və inşaat naziri, Konstantin Şulqan rabitə və informasiya naziri, Roman
Qolovçenko isə Dövlət Hərbi-Sənayə Komitəsinin sədri təyin olunublar.
Xatırladaq
ki, Lukaşenko avqustun 14-də bir sıra nazirlərin fəaliyyətini sərt
şəkildə tənqid edərək onları hökumətin işinə və prezidentin
tapşırıqlarına qeyri-sağlam, laqeyd münasibət göstərməkdə, vətəndaşların
şikayətinə məhəl qoymamaqda ittiham edərək vəzifələrindən azad edib. /azvision.az