Xəzər Xəbər

Tramp yenə Türkiyəni təhdid etdi

Dünya | 11:10 • 17 Avqust 2018
Tramp yenə Türkiyəni təhdid etdi
ABŞ prezidenti Donald Tramp yenidən Türkiyəni təhdid edib.


Tramp axşam saatlarında paylaşdığı "tvit”də Türkiyə ilə əlaqələri azaldacağını bəyan edib.


"Türkiyə uzun illər ABŞ-dan faydalanıb. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən və möhtəşəm biri olan rahibi həbsdə saxlayırlar. Məsum bir adamın sərbəst buraxılması üçün heç bir şey ödəməyəcəyik. Türkiyə ilə əlaqələrimizi azaldacağıq”, - Tramp bildirib.

ABŞ prezidenti daha öncəki "tvit”ində rahib Endryu Brunsonun azad olunmasa, Türkiyəyə sansiya tətbiq olunacağını açıqlamışdı.

Xatırladaq ki, amerikalı rahib Endryu Brunson FETÖ və PKK ilə işbirliyində ittiham olunaraq həbs olunub. Daha sonra onun həbs cəzası ev dustaqlığı ilə əvəzlənib.



Xəbər lenti