Xəzər Xəbər

Britaniyada lirə qalmaqalı Əhali poçtlara axışır

Dünya | 16:23 • 16 Avqust 2018
Britaniyada lirə qalmaqalı

Britaniyada türk lirəsinin ingilis funt-sterlinqinə nisbətən dəyərinin düşməsindən sonra ölkədə lirə almaq üçün izdiham yaranıb, buna görə də ingilislər vətəndaşlara lirə çatdıra bilmirlər.

Bunu Britaniya mətbuatından "I” qəzeti yazıb. Qəzetin yazdığına görə, bu ehtiyacın artımının səbəbi ingilis turistlərdir. Onlar türk lirəsinin kursunun enməsindən yararlanmağa çalışırlar.

Britaniya poçt şöbəsinin açıqlamasına görə, hazırda poçtlar əhaliyə lirə tədarükü ilə məşğuldur, lakin misli görünməmiş tələbat nəticəsində bəzi şöbələrdə valyuta tükənmək üzrədir.

Xəbər lenti