Xəzər Xəbər

Türkiyədən ABŞ-a cavab: Gömrük rüsumu ikiqat artırıldı

Dünya | 17:36 • 15 Avqust 2018
Türkiyədən ABŞ-a cavab:
Türkiyə ABŞ-dan idxal olunan 22 adda məhsula qoyulan gömrük rüsumunu ikiqat artırıb.


Bu barədə Türkiyənin ticarət naziri Rühsar Pekcan bildirib.


"Amerikanın 22 məhsuluna qoyduğumuz gömrük rüsumunu ikiqat artırmışıq. Artırdığımız gömrük tariflərinin ümumi həcmi 533 milyon dollar təşkil edir”, – deyə Pekcan vurğulayıb. Nazir əlavə edib ki, ABŞ Ankaranın yeganə ticarət tərəfdaşı deyil və Türkiyənin alternativ bazarlara çıxışı var.

"ABŞ önəmli ticarət ortağımızdır, amma yeganə tərəfdaşımız deyil. Başqa tərəfdaşlarımız və alternativ bazarlar da var. ABŞ-ın ədalətsiz sanksiyaları qarşısında türk şirkətlərinin haqqını qorumaqdan əsla imtina etməyəcəyik, lazımi cavabı verəcəyik. Amerikanın polad və alüminiuma əlavə vergi qərarı ABŞ şirkətlərinə də mənfi təsir edəcək” –türkiyəli nazir deyib.

Qeyd edək ki, Vaşinqtonun Türkiyədən alınan polad və alüminiuma tətbiq etdiyi ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti