XəzərXəbər "CNN Türk”ə istinadən xəbər verir ki, məhkəmə Bransonun sərbəst
buraxılması və Türkiyə ərazisini tərk etmək hüququnun bərpa olunması ilə
bağlı şikayətini təmin etməyib.
Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev
dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK
terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun
azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni
olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun
1-də ABŞ Maliyyə Nazirliyi
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri
Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda
günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul
edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli
münasibətlərdə gərginliyi daha da artırıb.
Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp
Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin
tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə
50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi
dollar qarşısında rekord tarixi enişini yaşayıb. 13 avqust gecəsinədək 1
dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın
müdaxiləsindən sonra hazırda lirə bir qədər möhkəmlənərək dollara
nisbətdə 6.1 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə
dolara nisbətdə 40 faiz ucuzlaşıb.