Xəzər Xəbər

Vanuatuda vulkan təhlükəsi On minlərlə sakin...

Dünya | 12:58 • 15 Avqust 2018
Vanuatuda vulkan təhlükəsi

Vanuatu dövlətinə məxsus Oba adasında Monaro vulkanının fəallaşması ilə əlaqədar on minlərə sakin təxliyə olunub.

AZƏRTAC "Radio New Zealand”a istinadla xəbər verir ki, bu barədə Vanuatunun iqlim dəyişmələri naziri məlumat yayıb.

Nazirin bildirdiyinə görə, Oba adasından 3000 nəfər Santo adasına, 2600 nəfər isə Maevo adasına təxliyə olunub. Digər sakinlər özləri adanı tərk ediblər.

Sakinlər hələ 2017-ci ilin sentyabrında, Monaro vulkanı ardıcıl püskürməyə başlayarkən müvəqqəti təxliyə olunublar. Cari ilin martından isə hakimiyyət orqanları Oba sakinlərini yaşayış yerlərini tamamilə tərk etməyə çağıraraq, onlara qonşuluqdakı adalara köçməyi təklif edib.

Xəbər lenti