Xəzər Xəbər

"Türkiyə müstəqil kurs həyata keçirir" - Lavrov

Dünya | 16:35 • 14 Avqust 2018
"Türkiyə müstəqil kurs həyata keçirir" - Lavrov
Rusiya Türkiyənin Rusiya əleyhinə sanksiyalara qoşulmamasını yüksək qiymətləndirir.


Bu barədə Ankarada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada deyib.


"Xarici siyasət sferasında Rusiya və Türkiyə müstəqil kurs həyata keçirirlər. Biz tərəfdaşlarımızın anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etmələrini yüksək qiymətləndiririk.” – deyə, Lavrov vurğulayıb.

Rusiyalı diplomatın fikrincə, nə qədər ki, ölkələr sanksiyalar, təhdid, şantaj və diktə metodlarından istifadə edəcəklər, dünyadakı vəziyyət də bir o qədər gərgin olacaq.

Xəbər lenti