Xəzər Xəbər

Trampdan FTB-yə ÇAĞIRIŞ – Klinton işi

Dünya | 12:47 • 14 Avqust 2018
Trampdan FTB-yə ÇAĞIRIŞ

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB sabiq dövlət katibi, Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klinton barəsində araşdırmanı yenidən keçirməyə çağırıb.

ABŞ prezidenti bu haqda tvitter səhifəsində yazıb.

Söhbət Klintonun 2009-2013-cu ilərdə dövlət katibi olarkən şəxsi serverindən xidməti yazışmalar üçün istifadə etməsindən gedir. FTB 2015-2016-cı illərdə məxfi informasiyanın mümkün itkisi ilə bağlı araşdırma aparıb. FTB araşdırmanın nəticəsinə görə Klintonun hərəkətlərində cinayət tərkibini tapmayıb.

Lakin araşdırma ilə bağlı xəbərlər 2016-cı il prezident seçkiləri ərəfəsində Klintonun reytinqinə böyük zərbə vurub. Nəticədə, sabiq dövlət katibi Donalda Trampa uduzub./publika.az

Xəbər lenti