Xəzər Xəbər

Binəli Yıldırımdan dollar açıqlaması

Dünya | 11:53 • 14 Avqust 2018
Binəli Yıldırımdan dollar açıqlaması

Türkiyə "dollar böhranı"ndan da uğurla çıxacaq.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım deyib.

Spiker bildirib: "Millətimiz oyunu gördü. Öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq".

Qeyd edək ki, hazırda 1 ABŞ dolları 6,63 türk lirəsinə bərabərdir.

Xəbər lenti