Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İnin növbəti görüşü 12-13 sentyabrda baş tuta bilər.
Bu barədə Cənubi Koreya prezidentinin milli birləşmə,
milli təhlükəsizlik və beynəlxalq məsələlər üzrə köməkçisi Mun Çjon İn
JTBC telekanalının efirində bəyan edib.
"Görüş 12-13 sentyabrda
keçiriləcək.” – deyə, Çjon İn bildirib. O, qeyd edib ki, Şimali Koreya
dövlətin əsasının qoyulmasının 70 illiyini qeyd edəcəyindən, çətin ki,
Koreya liderlərinin görüşünün keçirilməsi 9 sentyabradək mümkün olsun.
Onun sözlərinə görə, sentyabrın sonunda BMT
Baş Assambleyasında Şimalla Cənubi Koreya arasında müharibə şəraitinin
sona çatdığının elan edilməsi ehtimalı azalıb. Lakin o, belə bir imkanın
mövcudluğunu tam inkar etməyib.
Qeyd edək ki, Şimali Koreyanın
yüksək vəzifəli nümayəndəsi Rio Son Qvon Şimali və Cənubi Koreya
liderlərinin Pxenyanda görüşə biləcəklərini demişdi.
Cənubi
Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı
ilk tarixi görüş 27 apreldə Phanmuncom məntəqəsində baş tutub. Həmin
görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair
prinsipial razılıq ələ olunmuşdu.