Xəzər Xəbər

İŞİD-in başçısı ağır yaralıdır

Dünya | 17:19 • 13 Avqust 2018
İŞİD-in başçısı ağır yaralıdır
İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi ağır yaralı olaraq yataq xəstəsidir və faktiki olaraq terror təşkilatını idarə edə bilmir.


XəzərXəbər xəbər verir ki, bunu İraq televiziyası olan "As-Sumariya” ölkə kəşfiyyatındakı mənbəyə istinadən məlumat verib. Kanal bildirib ki, Bağdadi bu ilin iyununda İraq Hərbi Hava Qüvvələri tərəfindən Suriya kəndlərinin birinə edilən hava hücumü zamanı yaralanıb.


Təyyarələr terrorçuların müşavirə keçirdiyi yerə raket zərbələri endirib. Nəticədə terror təşkilatının başçısı ağır yaralanıb, qrupun digər üzvləri isə məhv edilib.

Xəbər lenti