Xəzər Xəbər

Ərdoğan AÇIQLADI: “Müharibəyə hazırıq”

Dünya | 17:07 • 13 Avqust 2018
Ərdoğan AÇIQLADI:
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səfirlərlə birgə keçirdiyi konfransda diqqət çəkən mesajlar verib.

Ərdoğan Türkiyənin iqtisadi mühasirə ilə üz-üzə gəldiyini bildirib.

"Türkiyənin iqtisadiyyatını, şəxsiyyətini almaq istədilər. Buna icazə vermədik. Birjalardakı proseslər iqtisadiyyatdan kənar baş verir. Batdıq, bitdik demək doğru deyil. İqtisadi dinamiklərimiz sağlamdır. Sosial mediada iqtisadi terror var. Biz bu oyunu gördük və mövqeyimizi ortaya qoyduq. FETÖ və PKK-nın yuvalarını başına yıxdıq, bunların da başına yıxacağıq. Hər zəfərin arxasında millətimiz var. Türkiyənin dayandığı, dayanacağı yer məlumdur. Biz müharibəyə hazırıq”, - deyə Ərdoğan vurğulayıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti