Bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib.
"Poroşenko prezident olmayan kimi onu heç bir ölkə qəbul etməyəcək, ya
da hamısı onu təhvil verəcək. Amerikada onu Lazarenko (Xarici bank
hesablarında vəsaitlərin oğurlanması və gizlədilməsi, həmçinin çirkli
pulların yuyulmasında ittiham olunaraq ABŞ-da məhkum edilən Ukraynanın sabiq baş naziri Pavel Lazarenko – red.) kimi həbs edə bilərlər. Çünki ABŞ-ın
Federal Təhqiqat Bürosu (FBI) Poroşenkoya qarşı bir neçə qovluq iş
açıb.” – deyə, Saakaşvili "Strana” qəzetinə müsahibəsində açıqlayıb.
Vurğulayıb ki, Poroşenkoya qarşı cinayət işi "Panama kağızları”
qalmaqalındakı ofşor hesablarına görə açılıb.
Bundan əvvəl
Almaniyanın "Sueddeutsche Zeitung” qəzeti Panamanın "Mossack Fonseca”
hüquq şirkətinin sənədlərinə istinadən bildirmişdi ki, Poroşenko öz
biznesinin etibarlı əllərə keçməsi üçün Virciniya adalarında ofşor
şirkəti qurub. Lakin Ukrayna prezidenti ittihamları rədd edərək
istənilən təhqiqata açıq olduğunu, heç bir gizlin bank hesabına malik
olmadığını bəyan edib. Ofşor şirkəti yaratmasını isə Ukrayna qanunlarilə
öz biznesinin etibarlı idarəçiliyə keçirilməsinin mümkünsüzlüyü ilə
izah edib.