Xəzər Xəbər

İsrail üçün son bir gün...

Dünya | 15:16 • 13 Avqust 2018
İsrail üçün son bir gün...

"Avrovision” musiqi yarışmasının keçirilməsi təhlükə altındadır.

XəzərXəbər "Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələnin həlli üçün cəmi bir sutkaları qalsa da, "Kan” telekanalı dövlətin mahnı yarışmasına sərmayə qoymasına hazır olması ilə bağlı heç bir izahat almayıb. Bu barədə "Kan” Dövlət Televiziya və Radio Yayımları Şirkətinin İdarə Heyətinin sədri Qil Omerin baş nazir Binyamin Netanyahuya məktubunda deyilir.

Hökumət başçısına ünvanlanan açıq məktubda qeyd edilir ki, əgər sutka ərzində Avropa Yayımları İttifaqına 12 milyon avro keçirilməzsə, İsrail "Avrovision”u keçirməkdən imtina etməli olacaq.

Omer qeyd edir ki, hökumət maliyyələşmədən imtina edərsə bunun geri dönüşü olmayacaq, İsrail "Avrovision-2019”u keçirmək hüququnu itirəcək.

Xəbər lenti