Xəzər Xəbər

Otelə gedən məşhur iş adamı şok yaşadı - FOTO

Dünya | 17:13 • 9 Avqust 2018
Otelə gedən məşhur iş adamı şok yaşadı -
Məşhur iş adamının başına hadisə gəlib.

Türkiyədə beş ulduzlu otellərdən birinin idman zalına gedən iş adamıEmir Sohtorikin saatı oğurlanıb.

Belə ki, otelə müştəri kimi gələn Mehmet Emin adlı şəxs iş adamının 6 min avroluq saatını oğurlayıb. Saatını qoyduğu yerdə tapmayan Emir Sohtorik dərhal otelin qeydiyyat şöbəsinə və polisə məlumat verib. İdman zalının nəzarət kameralarına baxan polis oğrunun kimliyini bəlli edib.

Emir Sohtokirin şikayətinə əsasən Mehmet Eminə qarşı cinayət işi açılıb.

BAKU.WS



Xəbər lenti