Xəzər Xəbər

BMT xəbərdarlıq etdi: nüvə müharibəsi başalaya bilər

Dünya | 16:40 • 9 Avqust 2018
BMT xəbərdarlıq etdi:

BMT-nin baş katibi Antonio Guterres Yaponiyaya səfər edərək 1945-ci ildə Naqasakidəki atom bombardmanı qurbanlarının anım mərasimində iştirak edib. Baş katib çıxışında 73 ildən sonra nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün dünya ölkələrini nüvə silahsızlaşdırma prosesini sürətləndirməyə çağırıb.

"İndiyədək nüvə müharibəsi qorxusu qalmaqda davam edir. Nüvə dövlətləri nüvə silahının modernləşdirilməsinə böyük məbləğlər xərcləyirlər. Tərksilah, ilk növbədə planetdə insanların həyatını qorumaq və sülh yaratmaq üçün bir vasitədir",-deyə Antonio Guterres əlavə edib.

O, xatırladıb ki, 2017-ci ildə soyuq müharibə dövründən bu yana ən yüksək səviyyədə sərfiyyat müşahidə edilib - nüvə dövlətləri arsenallarının modernləşməsinə 1,7 trilyon dollar xərcləyib./faktxəbər

Xəbər lenti